Sabah Abşeron rayonunun və Bakı şəhərinin bir hissəsində qaz olmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar 31.07.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Lökbatan qəsəbəsinin tam olaraq, Qobu qəsəbəsinin bir hissəsinin, Nizami rayonunun R.Rüstəmov, E.Süleymanov, Q.Qarayev və C.Naxçıvanski küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Qaynar xətt:
(055) 224 12 12