Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib
Respublika Şahmat Mərkəzinə yeni direktor təyin edilib.
APA-nın xəbərinə görə, Gənclər və İdman Naziri Fərid Qayıbovun əmri ilə bu vəzifə Elşən Məmmədova həvalə olunub.
E.Məmmədov yeni təyinatadək Qusar Olimpiya İdman Kompleksinə iki il rəhbərlik edib.
Daha əvvəl isə o, 23 ilədək idman jurnalisti kimi "Şərq" və "Futbol+" qəzetləri, APA, Lent.az və "Report" agentliklərində müxbir və redaktor kimi çalışıb. 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına, 2016-cı ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idman jurnalisti" adına layiq görülüb.
E.Məmmədov, eyni zamanda, İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 10 dəfə "İlin qalibləri" layihəsini, həmçinin minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.
"Gənclər və İdman Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycan İdman Akademiyasının rebrendinq tədbiri keçirilib
- AWWA kosmetologiya sahəsində əlavə təhsil fəaliyyəti göstərmək üçün rəsmi lisenziya alıb
- Azərbaycanda "sahibsiz" stadion aşkarlandı
- Avarçəkmə üzrə Azərbaycan çempionatında İLK
- Leyla Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən veloyürüşdə iştirak edib