Səudiyyə Ərəbistanı Pro Liqasının 12-ci turunda "Ən-Nəsr" və "Əl-Xolud" komandaları arasında keçirilən görüş başa çatıb.
Oxu.Az xəbər verir ki, Ər-Riyaddakı "Əl-Əvvəl" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın 16-cı dəqiqəsində qonaqların hücumçusu Jülyen Dominqes hesabı açıb. 24-cü dəqiqədə Qabriel Anjelo tarazlığı bərpa edib. 38-ci dəqiqədə Sadio Mane "Əl-Nəsr"i hesabda önə keçirib. Birinci hissəyə əlavə olunmuş vaxtda isə Loik Essomba hesabı bərabərləşdirib.
İkinci hissədə "Ən-Nəsr"in portuqaliyalı ulduzu Kriştianu Ronaldu ön plana çıxıb. O, 66-cı dəqiqədə komandasının üçüncü qolunu vurub, altı dəqiqə sonra dublunu rəsmiləşdirib. 81-ci dəqiqədə isə het-trik edərək hesabı 5:2-yə çatdırıb. Bu qol Ronaldunun karyerasında vurduğu qolların sayını 985-ə çatdırıb.
90+4-cü dəqiqədə Jülyen Dominqes dubl edərək fərqi azaltsa da, bu, "Əl-Xolud"u məğlubiyyətdən xilas etməyib.