Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı, Naxçıvan Muxtar Respublikası prokurorunun sabiq müavini Məhərrəm Talıbovla keçmiş həyat yoldaşı arasında boşanma və əmlak mübahisəsi yaranıb.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, Məhərrəm Talıbovun keçmiş həyat yoldaşı onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.
Məlumata görə, iddia Bakı və Naxçıvan şəhərlərində yerləşən mülklərlə yanaşı, boşanma məsələsini də əhatə edir.
İddiaçı həmin əmlaklarla bağlı hüquqlarının məhkəmə qaydasında təmin olunmasını və müvafiq tədbirlərin görülməsini tələb edir.
Beləliklə, uzun illər Naxçıvanda yüksək vəzifədə çalışmış Məhərrəm Talıbov bu dəfə keçmiş həyat yoldaşı ilə yaşadığı əmlak mübahisəsi ilə gündəmə gəlib.