Nərimanov rayonunda, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində iki yük avtomobili toqquşub.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Hazırda yük avtomobillərinin ərazidən kənarlaşdırılması və nəqliyyatın hərəkətinin bərpası məqsədilə polis zəruri tədbirlər görür.
Qaynar xətt:
(055) 224 12 12