Rusiyanın "Torpedo" futbol klubu Sadıq Bağıyevin transferini rəsmiləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Moskva təmsilçisi Azərbaycanın U-19 millisinin sabiq üzvü ilə müqavilə imzalayıb. 22 yaşlı yarımmüdafiəçi yeni komandasında 66 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Sadıq Bağıyev indiyədək "Kuban-Holdinq", "Spartak" (Tambov) və "SKA-Xabarovsk" klublarının şərəfini qoruyub.
