Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında keçirilən xeyriyyə oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.
Qonaqların heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun fərqlənib.
Azərbaycan təmsilçisində isə qolları 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov vurub. 41-ci dəqiqədə “Sabah”ın hücumçusu Coy Lens Mikels 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Qeyd edək ki, görüşdən əldə olunmuş bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
19:37
Bakıda “Sabah" və Türkiyənin “Beşiktaş” klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub.
Oxu.Az xəbər verir ki, 60-ci dəqiqədə Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 3:3.
70-ci dəqiqədə Davit Volkov fərqlənib.
18:03
Bakıda “Sabah" və Türkiyənin “Beşiktaş” komandaları arasında xeyriyyə oyunu başlayıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 18:00-da start götürüb.
“Sabah" və Türkiyənin “Beşiktaş” klubları Bakıda keçirilən xeyriyyə oyununda anlamlı jest ediblər.
Komandalar meydana şəhid ailələrinin, qazilərin və zəlzələdən əziyyət çəkənlərin övladları ilə çıxıblar.
Matçın startından əvvəl nəhəng pankart da açılıb.
Matçı FIFA referisi Tural Qurbanov idarə edir.
Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.