UEFA Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"u iki oyunun nəticəsinə görə məğlub edərək turnirin pley-off mərhələsinə yüksələn "Sabah"ın növbəti rəqibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu ÇL-nin bu raundunda İsrailin "Hapoel" (Beer Şeva) komandası ilə qarşılaşacaq.
"Hapoel" ÇL-nin 3-cü təsnifat mərhələsində Serbiyanın "Srvena Zvezda" klubunu turnirdən kənarlaşıdıraraq təmsilçimizə rəqib olub.
"Hapoel" hər iki oyunda "Srvena Zvezda"dan üstün olub (1:0, 2:0).
Qeyd edək ki, ÇL-də növbəti mərhələnin oyunları avqustun 19-da və 25-də keçiriləcək