"Sabah" Misli Premyer Liqasında 50-ci səfər qələbəsini qazanıb.
Oxu.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, çempionatın XXVI turuna təsadüf edib.
Bakı klubu "Araz-Naxçıvan"a 4:2 hesabı ilə qalib gəlib.
"Sabah" 120-ci səfərində bu göstəriciyə çatıb. Abşeron təmsilçisi ilk qələbəsini Premyer Liqadakı debüt matçında - 2018-ci il avqustun 12-də "Şamaxı" üzərində qazanıb - 1:0.
"Sabah" turnirin tarixinə rəqib meydanında 50 və daha çox oyunda qalib gələn 11-ci komanda kimi düşüb. Bakılılar bu göstəricidə "Şəmkir"ə çatıblar.