"Bakı metrosunun "Həzi Aslanov" stansiyasında dalan yolunun tikintisi 2026-ci ilin sentyabrına kimi başa çatacaq".
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Tikinti layihələrinin idarəolunması departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, "Əhmədli" və "Həzi Aslanov" stansiyaları arasında aparılan tikinti işləri yekun mərhələdədir:
"Layihə çərçivəsində işlərin bu ilin sentyabrına qədər tamamlanması nəzərdə tutulur. Tikinti başa çatdıqdan sonra qatarların hərəkəti əvvəlki qaydada bərpa ediləcək".