Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“Sabah”ın futbolçularına Gürcüstan, Lüksemburq və Kurasaodan dəvət gəldi
“Sabah”ın futbolçuları Davit Volkov, Vinsent Till və Jarl Marqarita öz ölkələrinin milli komandalarına dəvət alıblar.
Paytaxt təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, Volkov Gürcüstan, Till Lüksemburq, Marqarita isə Kurasao yığmasına çağırılıb.
Qeyd edək ki, Gürcüstan yığması oktyabrın 12-də yoldaşlıq oyununda Tailand, üç gün sonra isə AVRO-2024-ün seçmə mərhələsində Kipr ilə üz-üzə gələcək. Lüksemburq AVRO-2024-ün seçmə mərhələsində oktyabrın 13-də səfərdə İslandiya, ayın 16-da evdə Slovakiya ilə qarşılaşacaq. Kurasao yığması isə KONKAKAF Millətlər Liqasında oktyabrın 14-də evdə Panama, dörd gün sonra Trinidad və Tobaqo ilə oynayacaq.
"AVRO-2024" teqi üzrə xəbərlər
- "Bavariya" gənc hücumçu ilə müqaviləni uzadıb
- 2024-cü ilin ən yaxşı hakimləri bəlli olub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub