Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sadıq Sadıqov: Ermənilərə yalvarası deyilik
İdmançılarımız dünya çempionatına tam heyətlə qatılır. Bəzi çəki dərəcələrində çempionluğa namizədlərimiz olmadığından, digər çəki dərəcələrində iki idmançı ilə mübarizəyə qatılacağıq.
Bu sözləri Oxu.Az-a Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov deyib.
Sabahdan etibarən ölkəmizdə daha bir mötəbər turnirə start veriləcək. Cüdo üzrə XXXII dünya çempionatı Bakıda keçiriləcək. Bu yarışda erməni cüdoçuları təhlükəsizliyi əldə bayraq tutaraq, Azərbaycana gəlməkdən imtina ediblər. ACF-nin vitse-prezidenti ilk dəfə bu məsələyə münasibət bildirib:
“Erməni cüdoçularının buraya gəlməsi ilə zəmanət necə lazımdırsa, dövlətimiz tərəfindən verildi. Onların buraya gəlib-gəlməməkləri öz işləridir. Gəlsəydilər, yaxşı olardı. Bununla onlar Azərbaycanda gedən iqtisadi, siyasi durumdan xəbərdar olardılar. Həm də idmançılarımızın gücünü görərdilər, idman mübarizəsində onlara baş əyərdilər. Yəqin, qorxduqlarından, məğlub olacaqlarını bildiklərindən buraya gəlmədilər. Özünüz bilirsiniz ki, Azərbaycana gələn bütün idmançılar yüksək ab-havada öz vətənlərinə geri qayıdırlar.
Onu qeyd edim ki, Ermənistan Cüdo Federasiyası bu yarışa qatılmaqdan imtina edib. Biz də onlara yalvarası deyilik. Qeyd etdiyim kimi, dövlətimiz ən yüksək səviyyədə onların təhlükəsizliyi ilə bağlı zəmanət məktubu vermişdi”.
Səbuhi MUSAYEV
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər