Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan klubunu millinin sabiq hücumçusu çalışdıracaq
I Liqada mübarizə aparan "Difai"nin yeni baş məşqçisi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, "Fədailər"in sükanı Xaqani Məmmədova tapşırılıb.
Son olaraq "Araz-Naxçıvan"da Elmar Baxşıyevin köməkçisi işləmiş mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.
Millinin sabiq hücumçusu klubun İdarə Heyətinin iclasından sonra kollektivə təqdim edilib.
"Səbail"in baş məşqçisi Şahin Diniyevin həm köməkçisi, həm də oğlu Kərim Diniyev Azərbaycanın I Liqasında çıxış edən "Difai" klubunu çalışdıra bilər.
Sportinfo.az xəbər verir ki, bu gün "Difai"də klubdaxili iclas keçiriləcək.
İdarə Heyətinin toplantısında yeni baş məşqçinin kimliyinə aydınlıq gətiriləcək.
Siyahıdakı bir neçə namizədin adı bəlli olsa da, əsas namizəd Kərim Diniyevdir.
O, bu sahədə yenidir. Bundan əvvəl Şahin Diniyevin oğlu atası ilə birgə çalışıb. 2022-ci ilin dekabrında "Səbail"də işə başlayan Kərim ötən həftəyədək məşqçi korpusunda yer alıb.
"Difai"ni cari mövsümdə Elgiz Kərəmli calışdırsa da, "Cəbrayıl"la ilk tur matçından sonra onun vəzifəsindən ayrılması məlum olub. Ardınca kluba Adil Mahmudov başçılıq etsə də, onunla da üç həftə sonra yollar ayrılıb.
Qeyd edək ki, "Fədailər"i sonuncu üç matça Aydın Qasımov hazırlayıb.
Rəylər