Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçiləri siyahısında doqquz pillə irəliləyib
Dünyanın ən güclü məşqçilərinin noyabr reytinqi açıqlanıb. Planetin 500 ən güclü mütəxəssisi yer aldığı siyahıda Qurban Qurbanov 146-cı pilləyə yüksəlib.
Oxu.Az xəbər verir ki, cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisi 1658 xala malikdir.
52 yaşlı mütəxəssis ötən ayın reytinqi ilə müqayisədə 9 xal qazanıb. Bu, 9 pillə irəliləyiş üçün yetərli olub.
"Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 57-cidir. Hesabat dövründə 6 xal qazanan mütəxəssis 2 pillə irəliləyib.
Millimizi çalışdıran Fernandu Santuş 1624 xalla siyahıda 192-cidir. O, bir pillə geriləmə yaşayıb.
Qeyd edək ki, siyahıya "Mançester Siti"nin 2211 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.