Bu gün Respublika Şahmat Mərkəzində Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat festivalında iki turnirin qalibləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, 71 şahmatçının qatıldığı açıq turnirdə yalnız son görüşlərdə qalibi müəyyən etmək mümkün olub.
Son turda Samir Davidova (Xaçmaz) qalib gələn Zaur Bayramov (Sumqayıt) xallarının sayını 6 çatdıraraq turnirin qalibi olub. O 500 manat məbləğındə pul mükafatı alıb.
5 şahmatçı aktivinə 5,5 xal yazıb. “Buchholz” sisteminə əsasən 2-ci və 3-cü yerləri Elvin Bayramov (Quba) və Şəhriyar İsgəndərov (Quba) bölüşdürüblər. Pul mükafatına həmçinin Andrey Mustafin və Fərid Aslonav da layiq görülüblər.
Turnirin xüsusi mükafatını qadınlar arasında Xatun Bağırova, 16 yaşlı oğlanlar arasında Vüqar Manafov, veteranlar arasında isə Həsən-Paşa Həsənov qazanıb. Hər üç şahmatçı Bakıdandır.
7 turdan sonra turnir cədvəli
:640.jpg)
Festivalın Blits-turnir yarışında 62 zəka sahibi birincilik uğrunda mübarizə aparıb.
Ən yaxşı nəticəni qrossmeyster Ülvi Bacarani və ustalığa namizəd Elvin Bayramov göstərib - 9 oyundan 7,5 xal.
Sonda Elvin ikinci, Ülvi isə birinci yerə layiq görülüb.
Üçüncü yeri Gürcüstandan olan Mixail Kekelidzeni qabaqlayan Nicat Abbasobv tutub. Hər iki idmançı aktivinə 7 xal yazıb.
Gənclər arasında mükafatı Nail Bəşirli, qadınlar arasında isə Nərmin Xələfova qazanıb.
9 turdan sonra turnir cədvəli




