Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şahmat üzrə Dünya Kuboku: Nicat Abasov finala yüksələ bilmədi - YENİLƏNİB
Bu gün Bakıda şahmat üzrə Dünya Kuboku turnirinin yarımfinal mərhələsinin cavab partiyaları keçirilir.
Oxu.Az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov planetin ən güclü qrosmeysterlərindən sayılan Maqnus Karlsendən revanş ala bilməyib. Partiya 0:5:0,5 heç-heçə ilə başa çatıb. Ümumi hesabda həmyerlimiz 1,5:0,5 hesabı ilə məğlub olub.
Nicat Abasov üçüncü yer uğrunda mübarizə aparacaq.
16:40
Avqustun 20-də Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda kişilər bölməsində yarımfinalın ikinci partiyaları, qadınlar arasında final və üçüncü yer uğrunda görüşlər keçirilir.
Azərbaycan şahmatçısı Nicat Abasov yarımfinalda Maqnus Karlsen (Norveç) ilə qarşılaşıb. Avqustun 19-da baş tutan ilk partiyada Nicat Abasov rəqibinə uduzub, qara fiqurlarla oynayıb. Azərbaycan şahmatçısı bu gün ağ fiqurlarla oynayır.
Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.
"Norveç" teqi üzrə xəbərlər
- Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edilib
- Yatızdırıb zorlayırmış: Kral ailəsində qalmaqal bütün Norveçi silkələdi
- Norveç XİN nümayəndəsi: "İqlim dəyişikliyindən dolayı daşqınlara məruz qalırıq"
- Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"
- Müstəmləkəçi Norveç: "Etalon" dövlət yerli xalqların hüquqlarını necə pozur?
Rəylər