"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 2024-2025 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat İngiltərə Premyer Liqasının "X" hesabında dərc edilib.
Qeyd edək ki, 32 yaşlı oyunçu Premyer Liqa karyerasında ikinci dəfə bu ada layiq görülüb. O, ilk dəfə 2017-2018 mövsümünün ən yaxşı oyunçusu adını qazanıb.
Salah İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib pic.twitter.com/lxQHp6Bx0V
— Oxu.Az (@oxuaz) May 24, 2025