Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Şamaxı" klubunun futbolçusu oyun alveri ilə məşğul olduğunu etiraf edib
"Şamaxı" klubunun futbolçularından biri oyun alverində iştirakını etiraf edib.
Sportinfo.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat verilib.
Həmin oyunçunun adı çəkilməsə də, qeyd olunub ki, o, ölkə kubokunun 1/8 final mərhələsinin "Zirə" ilə qarşılaşmasında (1:3) komandasının məğlubiyyəti ilə bağlı mərc edib.
Amma indi tək bu matç araşdırma mövzusu deyil. AFFA, həmçinin, "şirlər"in Premyer Liqada aldığı son dörd məğlubiyyəti araşdırma sahəsinə daxil edib. Çünki həmin futbolçu bununla bağlı mühüm bilgilər verib.
Bölgə təmsilçisi dekabrın 9-da iki nəfərlə müqaviləni ləğv etdiyini açıqlayıb. Müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Georgi Kantariya ilə əməkdaşlıq vaxtından əvvəl sona çatdırılıb.
Qeyd edək ki, klub ayrılığın səbəbini açıqlamasa da, bunun oyunların alveri ilə bağlı olması ehtimalı yaranır.
Rəylər