Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Samir Abasov "Neftçi"nin baş məşqçisi postunda 30-cu çempionat qələbəsini qazanıb
Premyer Liqanın X turuna "Səbail"lə görüşdə qalib gələn Samir Abbasovun komandası baş məşqçiyə 30-cu çempionat qələbəsini qazandırıb.
Oxu.Az xəbər verir ki, "Neftçi" öz meydanında "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib.
Bu, Abasovun Bakı klubuna qayıdışından sonra ilk oyunu və komandanın mövsümdəki ilk qələbəsi olub. Onun paytaxt təmsilçisinə rəhbərlik etdiyi 2020-2022-ci illərdə "ağ-qaralar" Premyer Liqada 29 dəfə qalib gəlmişdilər.
Qeyd edək ki, Bakı təmsilçisi mövsümün əvvəlki 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olmuşdu.
"Samir Abasov" teqi üzrə xəbərlər
Ən çox oxunanlar