Ümumdünya Şahmat Federasiyası (FIDE) avqustun yekunlarına əsasən ən güclü şahmatçıların reytinqini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov Sent Luisdəki superturnirdə uğurlu çıxış etdiyindən reytinq əmsalını yaxşılaşdırıb.
2820 əmsala malik olan Şəhriyar yalnız norveçli Maqnus Karlsen (2839) və ABŞ şahmatçısı Fabiano Karuanadan (2827) geri qalır.
Həmçinin Şəhriyar FIDE-nin üç rəsmi reytinqində ilk "onluq"da qərarlaşıb. Klassik şahmatla yanaşı, o, rapiddə VII və blitsdə IX yerdədir.
Digər azərbaycanlı şahmatçılara gəlincə, ilk "yüzlük"də Teymur Rəcəbov (2751, 17-ci yer), Arkadi Naydiç (2721, 28-ci yer), Rauf Məmmədov (2699, 46-cı yer), Eltac Səfərli (2676, 65-ci yer) və Qədir Hüseynov (2667, 74-cü yer) da yer alıb.
Azərbaycan komanda reytinqində isə 2674 xalla Rusiya, Çin və ABŞ-dan sonra IV yeri tutur.
Səbuhi MUSAYEV
www.oxu.az