"Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm".
Oxu.Az xəbər verir ki, bunu batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirərkən deyib.
20 yaşlı idmançı yarışda ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirib:
"Məni dəstələyən hər kəsə öz təşəkkürümü bildirirəm. Ailəm, yaxınlarım və dostlarım məni izləyib, dəstəkləyirdilər. Bu mənim ilk olimpiada yarışım idi. Azərbaycana batut gimnastika növündə ilk olimpiya lisenziyasını qazandım. Öz çıxışımdan tam razı qalmadım. Məqsədim qarşıdakı olimpiadaya vəsiqə qazanmaqdır. Ümid edirəm ki, gələcəkdə daha yaxşı çıxış edəcəyəm".
Qeyd edək ki, S.Mahsudova batut gimnastikası üzrə yarışlarında 16 iştirakçı arasında 10-cu yeri tutaraq mübarizəni dayandırıb.