Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şəhid qardaşı: "Əsgər yoldaşları onun dəfn edildiyi ilkin yeri bizə bildirmişdilər"
"Əsgər yoldaşları hələ o vaxt bizimlə əlaqə saxlayaraq, onun dəfn edildiyi ilkin yeri bizə bildirmişdilər".
Bunu "Report"a açıqlamasında avqustun 2-də Laçın şəhəri Şəhidlər xiyabanında dəfn olunan Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyevin qardaşı Kamal Quliyev deyib.
K.Quliyevin sözlərinə görə, qardaşı itkin düşəndən sonra onun axtarışlarına fasilə verməyiblər:
"Sovet ordusunda xidmətini başa vurub qayıdan qardaşım müharibəyə könüllü getmişdi. Deyirdi ki, müharibənin alovlandığı bir vaxtda evdə otura bilmərəm. Qardaşım itkin düşəndən bir müddət sonra onun yerini təxmini öyrəndik. Əsgər yoldaşları hələ o vaxt bizimlə əlaqə saxlayaraq, onun dəfn edildiyi ilkin yeri bizə demişdilər.
44 günlük Vətən müharibəsi başa çatandan sonra onun narahat ruhunun rahatlıq tapması üçün axtarışları sürətləndirdik. Müharibədən sonra onu dəfn edən döyüş dostları ilə bir neçə dəfə Xudafərin qəbiristanlığına getdik. Bir neçə cəhddən sonra ötən il dekabrın 27-də onun qəbrini tapdıq. Analizlər nəticəsində qalıqların qardaşıma məxsus olduğu dəqiqləşdi.
Ailəliklə arzu edirik ki, bütün itkin soydaşlarımız tapılsınlar, onların doğmalarının gözləri yollardan yığılsın".
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Şəhid bacısı ilə şəhid qardaşı nişanlandılar
- Şuşada Birinci Qarabağ müharibəsinin şəhidi Hidayət Qarayev dəfn edilib
- Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayev dəfn edilib
- Zaqatalada Birinci Qarabağ müharibəsinin şəhidi Ramiz Mahmudov dəfn edilib
- Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib
Rəylər