Şotlandiyanın “Seltik” klubunun futbolçuları Azərbaycanda məcburi köçkünlərin məktəbində olublar.
Oxu.Az xəbər verir ki, onlar Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonunun məcburi köçkünlərinin oxuduğu məktəbə baş çəkiblər.
Zəngilan rayon 4 nömrəli məktəbin şagirdləri ilə görüş Böyük Britaniyanın Bakıdakı səfirliyinin təşəbbüsü ilə təşkil edilib. “Seltik” futbolçuları şagirdlər ilə futbol oynayıb, onlara hədiyyələr veriblər.
Xatırladaq ki, artıq bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda Tofiq Bəhrəmov adına Respublika stadionunda "Qarabağ" və "Seltik" qarşılaşması baş tutacaq.