İsveçrədə Alp dağlarında səyahət edən almaniyalı turisti inəklər tapdalayaraq öldürüblər.
Bu barədə Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, hadisə Laks icmasının yaxınlığında baş verib. 77 yaşlı səyahətçi xəbərdarlıq nişanlarına baxmayaraq heyvanların otlağına girib.
The Bild dəqiqləşdirir ki, hadisənin şahidi olan yerli sakinlər polisə məlumat veriblər və təcili tibbi yardım çağırıblar. Lakin hadisə yerinə gələn həkimlər qadının həyatını xilas edə bilməyiblər. Aldığı zədələrdən qadın dünyasını dəyişib.
The Daily Mail qeyd edir ki, bu Alp dağlarında inəklərin insanlara ilk hücumu deyil. Onlar çox vaxt balalarını qorumaq üçün belə edirlər.