Avstriyada Azərbaycan və Serbiyanın futbol yığmaları arasında yoldaşlıq görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, serblər 4:1 hesabı ilə qalib gəliblər.
Hesabı 10-cu dəqiqədə Branislav İvanoviç açıb. 39-cu dəqiqədə Dmitri Nazarov möhtəşəm zərbə ilə hesabı bərabərləşdirib – 1:1.
Lakin serblər ikinci hissədə daha üç qol vurublar. Adem Lyayiç, İvanoviç və Lazar Markoviç fərqləniblər.
İyunun 12-də Azərbaycan yığması Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Osloda Norveçlə qarşılaşacaq.
Azərbaycan-Serbiya matçında vurulmuş qolların videosunu təqdim edirik.
F.H.
www.oxu.az