"Şimal" komandası 2026/2027 mövsümündə də Azərbaycanın futbol üzrə I Liqasında çıxış edəcək.
Oxu.Az xəbər verir ki, Xaçmaz təmsilçisi bu nailiyyətə çempionata vəsiqə uğrunda keçirilən həlledici pley-off matçında "Qaradağ Lökbatan"ı məğlub etməklə nail olub.
Şamaxı şəhər stadionunda böyük mübarizəyə səhnə olan qarşılaşma 2:1 hesabı ilə "Şimal"ın xeyrinə başa çatıb.
Qeyd edək ki, "Şimal" cari mövsüm I Liqanı 11-ci pillədə başa vurub, rəqibi "Qaradağ Lökbatan" isə II Liqada 2-ci yeri tutaraq yüksəliş üçün şans qazanmışdı.
Qaynar xətt:
(055) 224 12 12