Olimpiadaya yollanacaq su polosu üzrə Avstraliya millisinin beş üzvünün koronavirus testi müsbət çıxıb.
Oxu.Az Marca.com-a istinadla xəbər verir ki, bunu Avstraliyanın Fransaya yollanan nümayəndə heyətinin rəhbəri Anna Mirs açıqlayıb.
O, koronavirusun komandaya təsir etdiyini və maskalardan yararlandıqlarını vurğulayıb.
Qeyd edək ki, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına iyulun 26-da start veriləcək.