Opta superkompüterinin hesablamalarına əsasən, Fransanın "Paris Sen-Jermen" klubu 18.5% ehtimalla ABŞ-də keçiriləcək klublararası dünya çempionatının qalibi olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
İkinci ən çox ehtimal olunan iddiaçı İngiltərənin "Mançester Siti"sidir (17.8%). Üçüncü yerdə "İnter"i yarım faiz qabaqlayan "Bavariya" (12.8%) qərarlaşıb. Turnirin beşqat çempionu "Real Madrid"in şansı isə 9.8% təşkil edir.
Superkompüter digər iştirakçıların şanslarının olmadığını hesab edir.
Qeyd edək ki, Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək və burada ilk dəfə 32 komanda çıxış edəcək.
Xatırladaq ki, PSJ bu mövsüm UEFA Çempionlar Liqasının qalibi olub.