Bu gün “Azərbaycan turu” veloyarışının üçüncü mərhələsi keçirilib.
Oxu.Az xəbər verir ki, velosipedçilər Qəbələdən Şəkiyə və geriyə 177 km məsafə qət ediblər.
Mərhələnin qalibi An Post irland komandasından britaniyalı Coşua Edmondson olub. 2-ci yeri Adria Mobil komandasından sloveniyalı Marko Kump, 3-cü yeri isə “Synergy Baku” komandasının velosipedçisi Matey Mugerli tutub.
Üç mərhələdən sonra ümumi məğbulun qalibi Adria Mobil komandasının nümayəndəsi Primos Roqliç olub.
Qeyd edək ki, “Synergy Baku” komandasının velosipedçisi Aleksandr Surutkoviç, dağ mərhələsinin qalibi olaraq qırmızı lider maykasını geyib.
Ümumi komanda məğbulunda Synergy Baku 1-ci yeri Adria Mobil-ə verərək 2-ci yerdə qərarlaşıb.
“Azərbaycan turu” beş mərhələdən ibarət olacaq və sabah Bakıda sona yetəcək.
F.H.
www.oxu.az