Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tatamiyə damğa vuran zəfər: Azərbaycan cüdoçularından tarixi nəticə
Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qarışıq komanda yarışında qızıl medal qazanıblar.
Oxu.Az xəbər verir ki, tatami ustalarımız mübarizəyə 1/8 finaldan başlayaraq həlledici mərhələyə qədər maneəsiz irəliləyiblər.
Finalda Fransa idmançılarını 4:3 hesabı ilə məğlub edən komandamız tarixində ilk dəfə Avropa çempionatının qarışıq komanda yarışında çempion olub.
Qeyd edək ki, cüdoçularımız 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında da birinci yeri tutublar.
"Azərbaycan Cüdo Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazandı
- Hidayət Heydərov və cüdo millisinin baş məşqçisi Riçard Trautman Monteneqroda mükafatlandırılıblar
- Avropa çempionatı: Cüdoçularımızdan daha iki medal
- Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazandı
- Avropa çempionatı: Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayacaq
Ən çox oxunanlar