Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Təbrizin "Traktor" klubu ilk dəfə İran çempionu oldu
Təbrizin "Traktor" futbol klubu ilkə imza atıb.
Oxu.Az xəbər verir ki, komanda ilk dəfə İranın ən yüksək divizionunda çempionluğunu rəsmiləşdirib.
Sona 2 tur qalmış Təbriz təmsilçisi ən yaxın izləyicisi "Sepahan"ı 8 xal qabaqlayıb (64/56). Bu, "Traktor"un 28-ci turda səfərdə Qəzvinin "Şəms Azar" klubunu 0:4 hesabı ilə darmadağın etməsi, "Sepahan"ın isə ev matçında "Qol Qohar"a məğlubiyyəti (1:2) sayəsində mümkün olub.
Qeyd edək ki, ötən il İran çempionu adını "Persopolis" qazanıb.

Cənubi Azərbaycanın fəxri, dünyada ən çox azarkeş kütləsinə malik olan türk futbol klublarından biri "Traktor" bu gün tarix yaza bilər.
Oxu.Az xəbər verir ki, Təbriz təmsilçisi tarixində ilk dəfə İranın ən yüksək divizionunda çempionluğunu rəsmiləşdirməyə yaxındır.
"Traktor" qızıl medalları vaxtından qabaq təmin etmək üçün bu gün Qəzvin şəhərində yerli "Şams Azar"ı məğlub etməlidir. Lakin təkcə bu nəticə kifayət etmir. Hər şey əsas rəqib "Sepahan"dan asılıdır.
Səfər qələbəsi sayəsində "Traktor" xalını 64-ə çatdıracaq. 56 xalla ikinci yeri tutan "Sepahan" paralel keçirilən "Qol Qohar"a qarşı oyunda xal itirərsə, rəqibinə çata bilməyəcək.
Qeyd edək ki, 1970-cı ildə yaradılan "Traktor" heç vaxt İran çempionu ola bilməyib.
İran Gulf Pro Liqası
XXVIII tur
20:00 "Şams Azar" - "Traktor"
"Traktor FK" teqi üzrə xəbərlər
- İran prezidentinin oğlu "Traktor"un azarkeşlərini müdafiə etdi
- "Neftçi" "Traktor"u təbrik etdi - Təbriz klubu cavabsız qalmadı
- Faiq Sücəddinov Təbrizin "Traktor" komandası üçün marş bəstələyib
- Təbrizin "Traktor" klubu çempionluğa doğru - Ən yaxın izləyicisini beş xal qabaqlayır
- İranda Güney Azərbaycanın futbol komandasının oyunçuları hücuma məruz qalıblar