İranın "Traktor" futbol komandası ilə danışıqlar apardığı iddia edilən türkiyəli baş məşqçi İsmail Kartal bununla bağlı açıqlamasında heç bir konkret danışığın olmadığını və bir müddət istirahət etmək istədiyini bildirib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir.
Xatırladaq ki, "Fənərbağça"da baş məşqçi kimi dördüncü müddəti ötən həftələrdə başa çatan İsmail Kartalın İranın "Traktor" klubu ilə danışıqlara başladığı iddia edilmişdi. Daha əvvəl eyni ölkədə "Persepolis" komandasını çalışdıran təcrübəli baş məşqçi İran KİV-ə açıqlama verib.
Kartalın sözlərinə görə, "Traktor"dan konkret təklif almayıb.
"Hazırda hər hansı konkret danışıq yoxdur. "Fənərbağça"dan sonra bir müddət istirahət etmək istəyirəm", - deyə o qeyd edib.
İsmail Kartal 2024-25 mövsümünün ikinci yarısında "Persepolis" komandasını çalışdırıb. O, 16 oyun keçirib, 8 qələbə və 4 heç-heçə əldə edib.
Eyni mövsümdə İranda tarixi çempionluğa imza atan "Traktor" klubu Cavad Nekunamın rəhbərliyi altında hazırda liqada 5-ci yerdə qərarlaşıb və liderdən 3 xal geridədir.