Türkiyənin "Fənərbağça" klubundan ayrılan baş məşqçi İsmail Kartal karyerasını İranda davam etdirə bilər.
Oxu.Az "Ajansspor"a istinadən xəbər verir ki, Təbrizin "Traktor" klubu 65 yaşlı mütəxəssisə baş məşqçi vəzifəsi üçün rəsmi təklif göndərib.
Təklifdən sonra tərəflər arasında danışıqlara başlanılıb. Kartalın İran təmsilçisinin təklifinə necə cavab verəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, İsmail Kartal daha əvvəl İranın "Persepolis" klubunu çalışdırıb. O, 2025-ci il yanvarın 27-də komandaya baş məşqçi təyin olunub və mövsümün sonunadək bu vəzifədə işləyib.