Kanadalı tennisçi Denis Şapovalov təsadüfən hakimin üzünə top ilə vurduğu üçün oyundan kənarlaşdırılıb.
Oxu.Az “R-Sport”a istinadən xəbər verir ki, hadisə Devis Kubokunun 1/8 finalında britaniyalı idmançı Kayl Edmund və kanadalı Şapovalov arasında keçirilən görüş zamanı baş verib.
Üçüncü hissədə britaniyalı tennisçi başqasının atışından breyk götürüb. Bu isə deyəsən, Şapovalovu bərk qəzəbləndirib, o, topa elə zərbə vurub ki, top hakimin üzünə dəyib. Nəticədə kanadalıya texniki məğlubiyyət verilib.
Daha sonra Devis Kubokunun rəsmi “Tvitter”ində zərbə nəticəsində hakimin sol gözünün şişdiyi, Şapovalovun üzr istədiyi barədə məlumat yayılıb.
N.O.
www.oxu.az