Bakıda Nailə Xəlilova adlı qadın evini sahibsiz heyvanlar üçün sığınacağa çevirib.
Oxu.Az xezerxebere istinadla məlumat verir ki, o, hazırda evində 31 pişik və 10 it saxlayır.
O, xəstə heyvanları tapır, müalicə edib sağaldır və təmənnasız başqa insanlara hədiyyə edir. Bağışladığı heyvanları da davamlı nəzarətdə saxlayır, sahibindən video və şəkillərini istəyir ki, görsün, onlara necə qulluq olunur.
Evin içində, kreslonun və ya soyuducunun üstündə, həyətdə, ağaclarda belə pişikləri görmək olur. İtlərlə pişiklər eyni evdə saxlanıldığından indi dost kimidirlər. Bir-biri ilə oynayır, rahat yola gedirlər.
Nailə Xəlilova 4 ildir ki, heyvanlara qulluq göstərməklə məşğuldur.
İ.N