Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) növbəti hərracın vaxtını açıqlayıb.
Komitədən Oxu.Az-a verilən məlumata görə, 2017-ci il martın 7-də keçiriləcək hərraca 78 dövlət əmlakı çıxarılıb.
Hərraca çıxarılan əmlakların 17-i kiçik dövlət müəssisəsi, 21-i səhmdar cəmiyyət, 36-sı isə istifadəsiz qeyri-yaşayış sahələridir.
Həmçinin ləğv edilmiş “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlarda yerləşən 4 əmlakı da hərraca çıxarılıb.
Həmin əmlaklara Hacıqabulda yerləşən “Hacıqabul sahəsinin əmlak kompleksi”, Lerikdə yerləşən “Lerik xalça sexinin əmlak kompleksi” və digərləri daxildir.
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri paytaxtın Nizami, Nəsimi, Səbail və Xəzər rayonlarında, regionlarda isə Şəki və Göygöl rayonlarında yerləşir. Kiçik dövlət müəssisələrindən ən yüksək qiymətə təklif olunanı Nizami rayonunda yerləşən təsərrüfat hesablı təmir-tikinti sahəsidir.
Sözügedən əmlaklarla daha yaxından tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1360
U.A.
www.oxu.az