Vyetnamda 40 ölkə, o cümlədən Azərbaycan vətəndaşları üçün elektron viza rejimi fəaliyyətə başlayıb.
Oxu.Az-ın məlumatına görə, Report Vyetnam KİV-nə istinadən xəbər verir ki, elektron turist vizasının dəyəri 25 dollar təşkil edir.
Viza 30 gün müddətində etibarlıdır.
Elektron viza almaq istəyənlər Vyetnamın İmmiqrasiya Xidmətinin saytında tələb edilən məlumatları qeyd etməlidir.
U.A.
www.oxu.az