Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Teymur Rəcəbov Dünya Kubokunu qazanıb reytinqdə irəlilədi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq siyahısını açıqlayıb.
Oxu.Az xəbər verir ki, kişi şahmatçılarımız 100 qrossmeysterin yer aldığı reytinqdə irəliləyib.
Şəhriyar Məmmədyarov 2772 xalla 8-ci sıradadır. Dünya Kubokunu qazanmış Teymur Rəcəbov isə 15-ci yerdən 9-cu pilləyə yüksəlib. Teymuru Şəhriyardan beş xallıq fərq ayırır.
100-lükdə digər iki şahmatçımız Qədir Hüseynovla Nicat Abbasovdur. Qədir (2660) 83-cü, “Grand Swiss” turnirində yaxşı çıxış etmiş Nicat Abbasov (2655) isə 100-lüyə daxil olaraq 93-cü olub.
Qadınlardan da dörd şahmatçı Top-100-də yer alıb.
Reytinqdə ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2427 xalla 38-ci sıradadır.
Gülnar Məmmədova (2369) 97-ci, Xanım Balacayevə (2368) 98-ci, Ülviyyə Fətəliyeva (2368) isə 99-cu pillədədir.
Gənc oğlanlarda Azərbaycandan yalnız Vüqar Əsədli var. 18 yaşlı şahmatçımız 2513 xalla 64-cüdür.
19 yaşlı Günay Məmmədzadə və 18 yaşlı Xanım Balacayeva həm də gənclərin reytinqində yer alır. Günay 2427 xalla 4-cü, Xanım 2368 xalla 14-cü yerdədir.
Bundan başqa, Nərmin Məmmədova (2282) 43-cü, Gövhər Beydullayeva (2276) 47-ci və Aydan Höccətova (2238) 72-cidir.
Səbuhi Musayev
"Şahmat" teqi üzrə xəbərlər
- FIDE-nin reytinq siyahısı tərtib olunub - Şəhriyar Məmmədyarov geriləyib
- FIDE-dən Rusiya və Belarus idmançıları ilə bağlı QƏRAR
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri son görüşünü keçiriblər
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti görüşlərini keçiriblər
- Azərbaycan yığmaları Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
Rəylər