Qırğızıstan bayrağı altında çıxış edən Azərbaycan əsilli MMA ustası Rafael Fiziyev dini təzyiqlərə görə Qırğızıstanı tərk etmək məcburiyyətində qalıb.
Bu barədə o, sosial şəbəkə səhifələrində məlumat verib.
Belə ki, şiə məzhəbli müsəlman olan idmançı bu il İraqda keçirilən Ərbəin ziyarətində iştirak etdiyi zaman şəxsi “Instagram” səhifəsində paylaşdığı video və fotolarda Kərbəla şəhərini Məkkə və Mədinədən sonra İslam dünyasının ən müqəddəs şəhəri adlandırıb.
Onun sözləri Qırğızıstan ictimaiyyətində kəskin etirazlara səbəb olub. Ölkə müftiliyi idmançıya dini işlərə qarışmamağı tövsiyyə edib.
Baş verənlərdən sonra Rafael əhalisinin çoxu sünni olan Mərkəzi Asiya ölkəsində ictimai qınaq obyektinə çevrilib və ciddi təzyiqlərlə qarşılaşıb. Məhz bu səbəbdən də Fiziyev Qırğızıstanı tərk etmək qərarına gəlib.
View this post on Instagram
"İraq" teqi üzrə xəbərlər
- İraq 12 ildir bağlı olan kəmərlə Türkiyəyə neft ixracını bərpa etdi
- İki ölkədə "Telegram"a qadağa qoyuldu: Səbəb
- ABŞ sanksiyaları İran millisinin səfər marşrutunu dəyişdi - İraq təyyarənin enməsinə icazə vermədi
- Türkiyədə iki yeni neft yatağı kəşf edildi
- İraq hökuməti nüvə fəlakətinə hazırlıq elan etdi
Digər xəbərlər