Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) ilin ən yaxşıları ("The Best") mükafatı üçün Azərbaycandan kimlərə səs verildiyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, Azərbaycandan səsvermədə futbol üzrə kişilərdən ibarət əsas millinin və "Şamaxı" klubunun baş məşqçisi Ayxan Abbasov, "Neftçi"nin və millinin kapitanı Emin Mahmudov və idman yazarı Rasim Mövsümov iştirak ediblər.

Ayxan Abbasovun seçdikləri:
İlin futbolçusu: Əşrəf Hakimi - 5 xal, Kilian Mbappe - 3 xal, Məhəmməd Salah - 1 xal
İlin baş məşqçisi: Luis Enrike - 5 xal , Arne Slot - 3 xal, Mikel Arteta - 1 xal
İlin qapıçısı: Canluici Donnarumma - 5 xal, Manuel Noyer - 3 xal, Yan Zommer - 1 xal

Emin Mahmudovun seçdikləri:
İlin futbolçusu: Kilian Mbappe - 5 xal, Usman Dembele - 3, Lamin Yamal - 1 xal
İlin baş məşqçisi: Luis Enrike - 5 xal, Entso Mareska - 3 xal, Arne Slot - 1 xal
İlin qapıçısı: Canluici Donnarumma - 5 xal, Tibo Kurtua - 3 xal, Alisson Bekker - 1 xal
Rasim Mövsümovun seçdikləri:
İlin futbolçusu: Usman Dembele - 5, Lamin Yamal - 3 xal , Əşrəf Hakimi - 1 xal
İlin baş məşqçisi: Luis Enrike - 5 xal, Entso Mareska - 3 xal, Mikel Arteta - 1 xal
İlin qapıçısı: Canluici Donnarumma - 5 xal, David Raya - 3 xal, Emiliano Martines - 1 xal
Xatırladaq ki, FIFA tərəfindən "The Best" mükafatını 2025-ci ilin ən yaxşı məşqçisi kimi Luis Enrike, ən yaxşı futbolçu kimi Usman Dembele, ən yaxşı qapıçısı olaraq isə Canluici Donnarumma qazanıb.
Pərvanə Dadaşzadə