Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tural Piriyev: "Mingəçevir"lə ASTA arasındakı müqavilə Azərbaycan futboluna böyük xeyir verəcək"
"Tərəfdaşlıq müqaviləsi Azərbaycan futboluna böyük xeyir verəcək".
Oxu.Az xəbər verir ki, bunu Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev ASTA (Azerbaijan Sport Talents Academy) ilə "Mingəçevir" futbol klubu arasında tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, sözügedən anlaşmanın Azərbaycan futboluna böyük xeyir verəcəyinə inandığını bildirib:
"Ötən ilin aprel ayından bu proseslərə başlamışıq. İlk dövrlərdə bir neçə regionlara səfərimiz olmuşdu. Yekunda "Mingəçevir" variantı üzərində dayandıq. 4 ay idi ki, fəal danışıqlar gedirdi. Bu danışıqlarda Gənclər və İdman Nazirliyi də iştirak edirdi. Tərəfdaşın əsas planları infrastrukturla bağlı olduğu üçün razılığın əldə olunması çox önəmli idi. Artıq uzunmüddətli inkişaf proqramı hazırlanıb. Əsas üç istiqamət komandanın inkişafı, uşaq futboluna diqqət və infrastrukturun təkmilləşdirilməsi olacaq. Hazırkı hədəf "Mingəçevir"in I Liqadakı yerini qoruyub saxlaması olacaq".
"Gənclər və İdman Nazirliyi" teqi üzrə xəbərlər
- İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi
- Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan "siması"
- Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- "Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimi olub
- Leyla Əliyeva ilin idman yekunları ilə bağlı tədbirdən paylaşım edib