Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Oxu.Az President.az-a istinadən bildirir ki, fərmanla 2024-cü il sentyabrın 13-də Kuyaba şəhərində imzalanmış "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilir.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək həvalə olunub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Dövlət xidmətinin vəzifələri artırıldı - FƏRMAN
- Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
- Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı hazırlanacaq
- Qordana Silyanovska-Davkova: "Biz irəliyə doğru addımın atılmasını gözləyirik"
- Şimali Makedoniya prezidenti: "Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır"