Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Turan Tovuz"un baş məşqçisinə AĞIR CƏZA
AFFA İntizam Komitəsi "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyevi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.
Oxu.Az xəbər verir ki, buna mütəxəssisin Premyer Liqanın XXX turunda, "Sabah"la oyunda ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.
Ona üç aylıq sınaq müddəti təyin edilib. Baş məşqçinin bu davranışına görə kluba 4000 manat cərimə kəsilib. Tovuz təmsilçisi dörd futbolçu sarı vərəqə aldığı üçün 700, azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800, fanatların hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi ucbatından (bu hal 5-ci dəfə təkrarlanır) 1000 manat ödəməli olacaq.
Qarşılaşmada qırmızı vərəqə alan "Sabah"ın legioneri Pavol Safrankoya bir oyunluq cəza, paytaxt klubuna isə 500 manat cərimə tətbiq edilib.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- AFFA "Neftçi" və "Kəpəz"i azarkeşlərinə görə cəzalandırdı
- UEFA İnkişaf Turniri: Azərbaycan millisi Moldova seçməsinə qarşı
- Azərbaycanda federasiya prezidenti vəfat etdi
- Qurban Qurbanov: "Heç kimdən küsməmişəm"
- AFFA prezidenti: "Futbolçuların əsgərliklə bağlı problemləri səlahiyyətimiz çərçivəsində deyil"