Türkiyənin “Yeni Malatyaspor” komandasının oyunçuları London “Arsenal”ının yarımmüdafəçisi Məsut Özilin fotoşəklinin əks olunduğu köynəklərlə meydana çıxıblar, Oxu.Az Sport24-ə istinadən xəbər verir.
Futbolkaların üzərində aşağıdakı yazı olub:
“Biz səninləyik. Rasizmə yox deyək”.
Qeyd edək ki, bir müddət əvvəl Özil Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra səslənən tənqidlərə görə Alman Futbol İttifaqını (DFB) irqçilik və türk köklərinə hörmətsizlikdə ittiham edib.
📽 Yeni Malatyaspor'dan Mesut Özil'e destek pic.twitter.com/1R5Yu43dSU
— Sporx (@sporx) 4 августа 2018 г.