Minifutbol üzrə Türkiyə millisinin üzvü Murat Erdal Bakıda keçirilən dünya çempionatının təşkilatçılığından razı qalıb.
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında müdafiəçi özü bildirib.
"Milli Gimnastika Arenası çox möhtəşəmdir. Bu mundial təşkilatçılıq baxımından dünyada bir nömrədir. Hakimlər, arena, bir sözlə, hər şey möhtəşəmdir. Azərbaycan xalqını bura dəvət edirəm. Bizim milli komandamıza da dəstək olmalarını istəyirik. Onlar bizim qardaşlarımızdır. İlk hədəfimiz qrupdan çıxmaqdır", - futbolçu vurğulayıb.
Qeyd edək ki, Türkiyə millisi C qrupundakı ilk matçında Macarıstanla heç-heçə edib - 1:1.