Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyə Superliqası: "Fənərbağça"dan möhtəşəm geridönüş
Türkiyə Superliqasında 33-cü turun qarşılaşmaları keçirilir.
Oxu.Az xəbər verir ki, çempionluğa iddialı "Fənərbağça" səfərdə "Qaziantep"in qonağı olub.
Matçda hesabı ilk hissədə meydan sahibləri açsalar da, ikinci hissədə qonaqlar geridönüş etməyi bacarıblar. "Sarılacivərd"lər 5 dəqiqəyə 3 qol vuraraq oyunun axarını dəyişiblər - 1:3.
Bu nəticədən sonra Mourinyonun yetirmələri 75 xalla lider "Qalatasaray"dan cəmi 2 xal geri qalırlar, lakin "cim-bom" 1 oyun az keçirib. Qaziantep təmsilçisi isə 42 xalla yarış cədvəlində 9-cudur.
"Fənərbağça FK" teqi üzrə xəbərlər
- Türkiyə Superliqası: "Qalatasaray" çempionluğu təmin etdi
- "Fənərbağça" klubunda prezident seçkisi keçiriləcək
- Bilal Ərdoğan "Fənərbağça" prezidentliyinə namizədliyini irəli sürməyəcək
- Joze Mourinyonun yeni ünvanı bəlli oldu - Milli komandanın sükanı həvalə olunacaq
- "Fənərbağça" İtaliya millisinin qolkiperini transfer etmək istəyir
Ən çox oxunanlar