UEFA 2024-cü il Avropa Çempionatında VAR sisteminin necə işləyəcəyini açıqlayıb.
VAR-a ilk dəfə olaraq qoşulmuş top texnologiyası, yarıavtomatik ofsaydaşkarlama (SAOT) və qolaşkarlama texnologiyalarının əlavə ediləcəyi bildirilir.
Məlumata görə, turnirin rəsmi topu real vaxt rejimində dəqiq məlumatları ötürən hərəkət sensorları ilə təchiz edilib. Bu, matçın hakimlərinə topa hər toxunuşu müəyyən etməyə kömək edir, oyundankənar vəziyyət, əllə oyun və penalti vəziyyətlərinin qiymətləndirilməsinə sərf olunan vaxtı azaldır.
Məlumatlar həmçinin evdəki azarkeşlər üçün televiziya qrafikası və vizualizasiya yaratmaq məqsədilə də istifadə olunacaq.
Xatırladaq ki, Avro-2024-ün final hissəsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Mənbə: championat.com
Rəylər