Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

UEFA Avropa Liqası: "Olimpiakos" "Qarabağ"ı məğlub etdi
"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanın "Olimpiakos" komandasına məğlub olub.
Oxu.Az xəbər verir ki, Georgios Karaiskakis stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El-Kaabi dubl müəllifi olub. Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsində keçirdiyi 8 görüşün 7-də uduzub, 1 matçda qələbə qazanıb. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.

"Olimpiakos" "Qarabağ"ın qapısından üçüncü topu keçirir.
Oxu.Az xəbər verir ki, 89-cu dəqiqədə Julian Byankon fərqlənib - 3:0.
"Qarabağ" - "Olimpiakos" oyununda ev sahibləri ikinci qolu vurdular.
Oxu.Az xəbər verir ki, 60-cı dəqiqədə El-Kaabi dubla imza atıb - 2:0.
"Qarabağ" - "Olimpiakos" qarşılaşmasında hesab açılıb.
Oxu.Az xəbər verir ki, "Olimpiakos"un heyətində 56-cı dəqiqədə El-Kaabi fərqlənib - 1:0.
"Qarabağ" - "Olimpiakos" qarşılaşmasının ikinci hissəsi başlayıb.
Oxu.Az xəbər verir ki, gərgin keçən ilk hissədə 5 real qol epizodu olsa da, top qapı dirəyindən keçməyib. Komandalar fasiləyə 0:0 hesabı ilə yollanıblar.
UEFA Avropa Liqasında sonuncu oyununa çıxan "Qarabağ" Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşır.
Oxu.Az xəbər verir ki, oyunda ilk hissə başa çatıb.
Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
UEFA Avropa Liqasında sonuncu oyununa çıxan "Qarabağ" Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşır.
Oxu.Az xəbər verir ki, oyun başlayıb.
Komandaların start heyətləri aşağıdakı kimidir:
"Olimpiakos": Konstantinos Dzolakis, Kostinya, Julian Byankon, David Karmo, Pirola, Santyaqo Esse, Dani Qarsiya, Velde, Kostulas, Gelson Martins, El-Kaabi.
"Qarabağ": Koxalski, Bəhlul Mustafazadə, Mateus Silva, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Nəriman Axundzadə.
Qeyd edək ki, doğma meydanda Rumıniyanın FKSB klubuna 2:3 hesabı ilə məğlub olan "Qarabağ" pley-off mərhələsinə vəsiqəni təmin edə bilməyib.
Bu gün UEFA Avropa Liqasında sonuncu oyununa çıxacaq "Qarabağ" Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, qarşılaşma yanvarın 30-dan 31-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, doğma meydanda Rumıniyanın FKSB klubuna 2:3 hesabı ilə məğlub olan "Qarabağ" pley-off mərhələsinə vəsiqəni təmin edə bilməyib.
31 yanvar
UEFA Avropa Liqası
Saat 00:00, "Olimpiakos" - "Qarabağ".

Rəylər