Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

UEFA Konfrans Liqası: Bütün yarımfinalçılar müəyyənləşdi
UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki oyun keçirilib.
Oxu.Az xəbər verir ki, onlardan biri Londonda baş tutub - "Çelsi" - "Legia".
Qarşılaşma gözlənilməz nəticə ilə başa çatıb. Polşa təmsilçisi səfərdə rəqibindən üstün olub - 1:2.
"Legia"dan Pekhart və Kapuadi fərqləniblər. "Çelsi"nin yeganə qoluna isə Kukurelya imza atıb.
İlk görüş İngiltərə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşdığına görə, "Çelsi" iki oyunun nəticəsinə (4:2) əsasən, yarımfinal mərhələsinə adlayıb.
Bu mərhələnin digər oyunu Vyanada keçirilib. Yerli "Rapid" komandası "Dyürqarden"i qəbul edib.
Matçın əsas vaxtı 1-2 hesabı ilə qonaqların qəbələsi ilə başa çatıb. Tərəflər arasında ilk qarşılaşma "Rapid"in 1:0 üstünlüyü ilə bitdiyinə görə, iki oyunun nəticəsi bərabər olub - 2:2.
Növbəti yarımfinalçını müəyyənləşdirmək üçün futbolçular əlavə iki hissə də oynayıblar. İsveç təmsilçisi əlavə hissədə daha iki dəfə fərqlənərək, hesabı 1:4-ə çatdırıb. "Dyürqarden" 1/2 final mərhələsində oynamaq hüququ əldə edib. Qeyd edək ki, "Rapid"in iki oyunçusu qırmızı vərəqə alıblar.
UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Fiorentina" evdə "Selye"ni qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın birinci hissəsində tərəflər ancaq bir dəfə fərqlənə biliblər. İtaliya təmsilçisindən Mandraqora 37-ci dəqiqədə komandasını önə çıxarıb.
Sloveniya təmsilçisi ikinci hissədə ardıcıl iki dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Matko 54-cü, Nemanyiç 65-ci dəqiqədə qol vuraraq "Selye"ni hesabda irəli çıxarıb.
Lakin Moyze Kin 70-ci dəqiqədə Florensiya komandasının ikinci topunu vuraraq hesaba tarazlıq gətirib. Qarşılaşmada daha qol vurulmayıb və bu nəticə ilə "Fiorentina" yarımfinala adlayıb.
Tərəflər arasında ilk oyun "Fiorentina"nın 2:1 hesablı qələbəsilə başa çatmışdı.
1/4 final mərhələsinin daha bir oyunu Polşada keçirilib. Burada yerli "Yagelloniya" komandası "Real Betis" klubunu sınağa çəkib.
Tərəflərin səylərinə baxmayaraq, ilk hissədə matçda qol səsi eşidilməyib.
İkinci hissədə qonaqlardan Bakambu 78-ci, ev sahiblərindən isə Çurlinov 81-ci dəqiqədə fərqləniblər. Komandalar daha fərqlənə bilməyiblər və İspaniya təmsilçisi bu nəticə ilə adını yarımfinala yazdırıb.
Tərəflər arasında ilk qarşılaşma "Real Betis"in 2:0 hesablı üstünlüyü ilə yekunlaşmışdı.
"UEFA Konfrans Liqası" teqi üzrə xəbərlər
- "Araz-Naxçıvan" Konfrans Liqasına vəsiqə qazandı, şəhərdə yürüş keçirildi
- UEFA Konfrans Liqası: Finalçılar bəlli oldular
- UEFA Konfrans Liqası: Finala yüksələn komandalar bəlli olacaq
- "Mançester Yunayted"in icarəyə verdiyi futbolçu Avrokuboklarda iki medal qazana bilər
- UEFA Konfrans Liqası: "Real Betis" və "Çelsi" qələbə qazandılar