Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Təbii fəlakət zamanı avtomobilə dəyən ziyanı kim qarşılayır?
Təbii fəlakət qaçılmazdır, amma problemin həlli mümkünsüz deyil. Aramsız yağan yağış fəsadsız ötüşməyib.
Nəqliyyatın hərəkəti iflic olub, yol infrastrukturuna və avtomobillərə ciddi ziyan dəyib.
Avtomobil sahiblərini son 2 gündə yalnız bir sual maraqlandırır: Dəyən ziyanı kim ödəyəcək? Təbii və ya texnogen hadisələr zamanı nəqliyyat vasitəsinə zərər dəyirsə, bunu sığorta qarşılayırmı?
Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyir ki, avtomobilin icbari sığorta növü yalnız qarşı tərəfin əmlakına və sağlamlığına yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərəri qarşılayır.
Amma kasko sığortası varsa, bu zaman avtomobil sahibi xərcə düşmür. Əks halda xərc dəyən zərərin həcmindən və avtomobilin modelindən asılı olaraq dəyişir.
Ətraflı Baku TV-nin süjetində:

"Təbii fəlakət" teqi üzrə xəbərlər
- FHN-dən güclü külək və yağıntılı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
- Qusarda zəlzələ oldu
- Bəzi ərazilərdə leysan olacaq, Kür çayında suyun səviyyəsi qalxacaq - XƏBƏRDARLIQ
- Regionlarda yağıntılarla bağlı mövcud vəziyyət AÇIQLANDI
- Kəskin hava şəraiti fermerlərə ZİYAN VURDU: "10 min manat maya qoymuşdum"